Abunəlik planları
Sinifinə uyğun paketi (bütün fənlər və ya tək fənn) seç, onlayn ödə, dərhal materiallara giriş qazan.
Bu proqram 6-cı sinif şagirdlərinin lisey və gimnaziyalara qəbul imtahanlarına, həmçinin Respublika Fənn Müsabiqəsinə (RFM) sistemli hazırlanması üçün nəzərdə tutulub. Dərslərdə riyazi biliklər möhkəmləndirilir, məntiqi və analitik düşünmə bacarıqları inkişaf etdirilir, qeyri-standart və yüksək səviyyəli sualların həlli öyrədilir. Məqsəd şagirdin qəbul imtahanında və RFM-də yüksək nəticə qazanmasıdır. Bir aylıq onlayn dərslərə qatılmaq imkanı: Bu hazırlıq proqramına aylıq abunəlik əsasında qoşulmaq mümkündür. Abunəlik aktiv olduğu bir ay ərzində şagird onlayn dərslərdə iştirak edir və proqram çərçivəsində təqdim olunan hazırlıq imkanlarından yararlanır.
Bu proqram 6-cı sinif şagirdlərinin lisey və gimnaziyalara qəbul imtahanlarına hərtərəfli hazırlanması üçün nəzərdə tutulub. Tədris proqramına Riyaziyyat, Riyazi-Məntiq və Azərbaycan dili fənləri daxildir. Dərslərdə şagirdlərin mövzu bilikləri möhkəmləndirilir, məntiqi və analitik düşünmə, oxuyub-anlama, düzgün cavablandırma, sürət və dəqiqlik bacarıqları inkişaf etdirilir. Məqsəd şagirdin qəbul imtahanına tam hazırlaşması və yüksək nəticə əldə etməsidir. Bir aylıq onlayn dərslərə qatılmaq imkanı: Bu hazırlıq proqramına aylıq abunəlik əsasında qoşulmaq mümkündür. Abunəlik aktiv olduğu bir ay ərzində şagird hər üç fənn üzrə onlayn dərslərdə iştirak edir və proqram çərçivəsində təqdim olunan hazırlıq imkanlarından yararlanır.
Bu proqram 5, 6 və 7-ci sinif şagirdlərinin proqramlaşdırmanı təməl səviyyədən sistemli şəkildə öyrənməsi üçün nəzərdə tutulub. Dərslərdə alqoritmlərin qurulması, kodlaşdırmanın əsasları, məntiqi və analitik düşünmə, problem həll etmə və yaradıcı yanaşma bacarıqları inkişaf etdirilir. Proqramlaşdırma yalnız kod yazmaq deyil, düzgün düşünməyi, mürəkkəb məsələləri mərhələlərə bölməyi və həll yolu tapmağı öyrədir. Bu hazırlıq gələcəkdə Respublika Fənn Olimpiadası və digər informatika yarışlarına qatılmaq üçün möhkəm təməl yaradır. Proqram həmçinin şagirdlərin gələcəkdə proqramçı, proqram təminatı mütəxəssisi, süni intellekt mühəndisi, kibertəhlükəsizlik mütəxəssisi və məlumat analitiki kimi müasir peşələrə marağının formalaşmasına kömək edir. Bir aylıq onlayn dərslərə qatılmaq imkanı: Bu hazırlıq proqramına aylıq abunəlik əsasında qoşulmaq mümkündür. Abunəlik bir aylıq dərs proqramını əhatə edir. Abunəlik aktiv olduğu bir ay ərzində şagird onlayn dərslərdə iştirak edir və proqram çərçivəsində təqdim olunan hazırlıq imkanlarından yararlanır.